Dünya tarixində şərabın rolu və şərabçılıq
Abstract : The article talks about the history, historical geography, distillation technology, packaging and storage of wine. In addition, the article mentions the special place of wine in ancient cultures and even during archaeological excavations in 2000 BC in Anatolia during the Hittites, grapes and wine were of great importance in social life, and in addition, grapes and wine were given as gifts to the gods in religious rituals. In the “Zagros Mountains” near the city of Urmia in southern Azerbaijan, evidences related to wine dating back to 5400 BC were found at Haji Firuz Tepe. In the 5th century AD, the Ancient Greek historian Herodotos also mentioned the export of wine from Azerbaijan to the lower regions along the Tigris and Euphrates. In the 13th century, high-grade alcohol was characterized as “Water of Life” and in Latin as “Aqua Vita”. Hieronymus Brunschwig, a doctor from Strasbourg, wrote two extensive works on distillation in connection with the method of preparing medicine from plants. The book on “Distillation of Simple Substances” in 1500 and the book on “Distillation of Mixtures” in 1512. In the second work, it is stated that the alcohol obtained by distillation is a medicine for all ailments.
Xülasə : Məqalədə Şərabın tarixi,tarixi coğrafiyası,distillə texnologiyası,qablaşdırılması və saxlanması haqqında danışılır. Bundan əlavə məqalədə qədim mədəniyyətlərdə şərabın xüsusi yeri və hətta arxioloji qazıntılar zamanı E.Ə 2000 ci illərdə Anadoluda Hititlər zamanında üzüm və şərabın sosial həyatda böyük önəm daşıdığı,bundan əlavə dini ayinlərdə üzüm və şərabın, tanrılara hədiyyə olunmasından bəhs edilir. Cənibi Azərbaycanda Urmiyə şəhəri yaxınlığında “Zaqros Dağlarında” Hacı Firuz Təpə deyilən ərazidə,E.Ə 5400 cü illərə söykənən şərabla bağlı dəlillərə rast gəlinmişdir. E.Ə 5 ci əsrdə Qədim Yunan tarixçisi Herodotos-un Azərbaycandan Dəclə və Fərat boyunca aşağı regionlara qədər şərab ixracından da bəhs edirdi.13 cü əsrdə yüksək dərəcəli alkoqol “Həyat Suyu” anlamına,Latın dilində isə “Aqua Vita” deyə xarakterizə edilirdi.Strasburqlu həkim Hieronymus Brunschwig bitkilərdən dərman hazırlama metodu ilə əlaqəli olaraq,distillə haqqında iki geniş əsər yazmışdı.1500 cü ildə “Sadə maddələrin distillə edilməsi” haqqında kitabı və 1512 ci ildə “Qarışıqların distillə edilməsi” haqqında kitab.2 ci əsərdə distllə ilə əldə edilən alkoqolun hər dərdə dərman olduğu bildirilməkdədir.
Açar sözlər: Şərab,distillə sənəti, üzüm suyu,mey,badə,şərab tanrısı,distillə,Şumerlər,Ges-Tin
Key words: Wine, the art of distillation, grape juice, wine, grapes, the god of wine, distillation, Sumerians, Ges-Tin
Hər bir mədəniyyət yaşadığı coğrafiyada təbiətin ona verdiyi şəkər və ya nişasta qaynağından mayalı içkilər,onlardan da rakı,araq,konyak,viski,cin və rom kimi,distillə edilmiş içkilər istehsal etmişdi.Şəkər mənbəyi olaraq balı və ya meyvəni,nişasta olaraq da çeşidli taxılları,kartofu və.s istifadə edirdilər.Üzüm suyunun anaerob şəraitdə mayalanması nəticəsində alkaqollu içki olaraq şərab ilə karbondioksit qazı meydana gəlir.
C6H12O6 (Qlükoza) —> ͢͢͢͢͢2C2H5OH (Etil spiriti) + 2CO2 (Karbon dioksid)
İstifadə olunan xammala görə,şərablar sortluq və kupaj şərablara bölünür.Sortluq şərablar əsasən bir üzüm sortundan hazırlansa da,bu şərabların hazırlanmasında cəmi 15% ə qədər digər üzüm sortu ola bilər.Kupaj şərablar isə bir neçə üzüm sortundan hazırlanır.Bundan əlavə istehsal üsulundan asılı olaraq,şərablar,təbii və xüsusi şərablara ayrılır.Təbii şərablar üzüm şirəsi və əzintinin tam və ya qismən qıcqırdılması yolu ilə əldə edilir və tərkibinə endogen mənşəli etil spirti daxildir.Bu cür şərabların istehsalında üzüm şirəsinin konsentratlarından da istifadə etmək mümkündür.Xüsusi şərablar isə etil spirti əlavə etməklə,şirə və əzintinin tam qıcqırdılması ilə yanaşı eyni zamanda qismən qıcqırdılma yolu ilə alınır.Tərkibində spirt və şəkərin miqdarına görə təbii şərablar dörd hissəyə bölünür : Turş şərablar,xüsusi turş şərablar,kəmturş şərablar və kəmşirin şərablara. Xüsusi şərablar isə beş hissəyə bölünür : Turş şərablar,tünd şərablar,yarımdesert şərablar,desert şərablar və likyor şərablar.
Şərabın ən qədim tarixi Azərbaycanla bağlıdır.
Yaxın Şərq, o cümlədən Cənubi Qafqaz üzümün vətənidir və min illərdir ki, burada xüsusi sortlardan şərab üzümləri yetişdirilirdi. Türkiyə, Suriya, İordaniya, Livan və ən əsası Qərbi Azərbaycan Əyaləti Hacı Firuz Təpədə aparılan arxeoloji qazıntılar zamanı üzüm çəyirdəklərinə rast gəlinmişdir.Hacı Firuz təpə İranın şimal-qərbində – Qərbi Azərbaycan əyalətində, Urmiya gölündən cənubda, Qədər çayı vadisində yerləşir. Abidə 2,8 ha sahəni əhatə edir. 1958-1968-ci illər arasındakı fasilələrdə Pensilvaniyanın (ABŞ) Arxeologiya və Antropologiya Muzeyinin əməkdaşları tərəfindən Hacı Firuz təpənin şərq yamacında qazıntı işləri aparılmış, müxtəlif dövrlərə aid qalıqlara rast gəlinmişdir eyni zaman da şərabla bağlı dəlillərə də rast gəlinmişdir. Üzüm meyvəsinin becərilməsi ehtimal ki, həmin coğrafi bölgədə E.Ə 6000-5400-ci illərdə baş vermişdir. Şərab Ömər Xəyyamın və Hafizi Şirazinin əbədi yaşar şeirlərində sıx-sıx dilə gətirilmiş və şerləri qədər ölümsüzlük qazanmışdır.E.Ə 5 ci əsrdə qədim Yunan tarixçisi Herodotos Azərbaycandan Dəclə və Fərat boyunca aşağı bölgələrə şərab ixracından söz edərdi.
Aparılan arxeoloji qazıntılar ölkəmizin sahə üzrə çox qədim ənənələrə malik olduğunu göstərir. 1963-cü ildə Azərbaycan Geologiya idarəsinin əməkdaşları Bozdağın qərbində 1-2 milyon il əvvəl əmələ gəlmiş Abşeron adlandırılan çöküntüləri tədqiq edərək orada çoxlu miqdarda bitki qalıqları, xüsusilə də yabanı meşə üzümünün yarpaqlarının daş üzərindəki izlərini aşkar etdilər. Bu tapıntı yabanı üzümün bu yerlərdə yarım milyon il bundan əvvəl meydana gəlməsinə dəlalət edirdi. Sonralar bunu Naxçıvan MR-da tapılan daşlaşmış üzüm yarpaqları da təsdiq etmiş oldu. Göründüyü kimi ölkəmizdə mədəni üzümün əcdadları sayılan ilk yabanı üzüm formaları çox geniş yayılmışdır. Bu isə alimlərin “Mədəni üzümün vətənini yabanı üzüm geniş yayıldığı ərazilərdə axtarmaq lazımdır“ fikrini doğrultmaqla bərabər ölkəmizin mədəni üzümün ilk və əsaslı məskənlərindən olduğunu sübuta yetirir.
Qədim mədəniyyətlərdə şərab
Şumerilər və Misirlilərin də E.Ə 4000 ci illərdə şərab və pivə istehsal etdikləri bilinməkdədir.Şumerilər üzümə “Ges-Tin” deyirdilər.Arxioloji qazıntılar zamanı E.Ə 2000 ci illərdə Anadoluda Hititlər zamanında üzüm və şərabın sosial həyatda böyük önəm daşıdığı bundan əlavə dini ayinlərdə üzüm və şərabın, tanrılara hədiyyə olaraq təqdim olunurduğu da üzə çıxdı.Qədim Yunanda şərab tanrısı Dionysos qədim Romalılarda isə Bacchus deyə bilinirdi.Tanrı Dionysosa və Bacchusa həsr olunmuş dini ayinlərdə,Bakkha adı verilən rahibələr birlikdə rəqs edər,əllərində ”Thyrsus” adı verilən uzun bir əsa olardı.Əsanın uc hissəsində şam qozası yer alardı,üzəri isə üzüm yarpaqları və üzüm salxımları ilə sarılardı.Yunanlılar vasitəsilə Qərbə yayılan şərab,Roma İmperatorluğunda əsas içki növlərindən biri sayılırdı.Romalılar şərabı yüngülləşdirmək və sulandırmaq üçün içinə dəniz suyu əlavə edirdilər.Bal və ya qatranlı şərab da çox tələb olunan içkilər sırasında idi.Xüsusi vurğulanmağa layiq olan bir şey də var ki,oda bizi cəsarətləndirən və gücləndirən içkilərin axtarışına sövq edən instinqdir.Bunu istər üzüm bağına baxan Nuha,istər üzüm şirəsi sıxan Bacchusa borclu olaq fərq etməz.Dünyanın ən gözəl içkilərindən olan şərab,dünyanın lap gənc vaxtlarına qədər gedib çıxır. Bütün insanlar, hətta vəhşi adlandırmağa razı olduğumuz qədimi insanlar belə, güclü içkilərə olan bu canfəşanlıqla o qədər məşğul olublar ki, biliklərinin hüdudlarından asılı olmayaraq, onları əldə etməyə nail olublar.Bu insanlar ev heyvanlarının südünü turşlaşdırıb, tərkibində fermentasiyaya meylli elementlər olan müxtəlif meyvələrin və müxtəlif köklərin belə şirəsini çıxarıb içkilər hazırlayırdılar.Bu içkilər demək olar ki,el arasında hər yerdə, ziyafətlərdə, qurbanlıqlarda, toylarda, yas mərasimlərində,bayram və rəsmi məclislərdə də istifadə olunurdu.Şərab qədim mədəniyyətlərdə həmdə tibb də geniş istifadə olunurdu.Şərabın tibbi istifadəsi E.Ə 2100-cü ilə aid Şumer gil tabletinə daxil edilmiş və bu mövzuya ən qədim mənbə hesab edilən reseptlərdə də rast gəlinir.Hippokratın zamanında isə onun üçün şərab,o dövrdə kəskin və xroniki ağrılar üçün geniş şəkildə tövsiyə olunan bir vasitə idi. İsgəndəriyyə tibb məktəbi də şərabın tibbi faydalı olduğunu irəli sürmüdür.
Distəllə texnologiyasının icadı
Ərəb kimyaçıları 700 cü illərdə distillə texnologiyasını icad etmişdilər.Ərəb ölkələrində “Arak” tər anlamına ”Arak əl nəbz” şərab təri anlamına gəlir.Bundan əlavə “Şəkərqamışı arağı”, “Üzüm arağı” kimi sözlərdə geniş istifadə olunurdu.Distillə sənəti Avropaya 1100 cü illərdə İtalyaya məşhur tibb universiteti tərəfindən yayılmışdır.13 cü əsrdə yüksək dərəcəli alkoqol “Həyat Suyu” anlamına,Latın dilində isə “Aqua Vita” deyə xarakterizə edilirdi.Strasburqlu həkim Hieronymus Brunschwig bitkilərdən dərman hazırlama metodu ilə əlaqəli olaraq,distillə haqqında iki geniş əsər yazmışdı.1500 cü ildə “Sadə maddələrin distillə edilməsi” haqqında kitabı və 1512 ci ildə “Qarışıqların distillə edilməsi” haqqında kitab.2 ci əsərdə distllə ilə əldə edilən alkoqolun hər dərdə dərman olduğu bildirilməkdədir.Məsələn; saç tökülmənin qarşısını almaq,düşünmə gücünü artırma,dəri rəngini gözəlləşdirmə və cəsarət verməsi kimi,faydaları sadalanmaqdadır.Ərəblər tərəfindən işğal edilmiş Mayorka adasında yaşayan filosof və kimyaçı alim Ramon Lull,ev üsulunda alkoqol düzəltməyi öyrənmiş və ona Aqua Vita (Həyat Suyu) adını vermişdir.Ramon Lull bu metodu 1290 cı illərdə İspanyaya və Fransaya gətirib çıxarmışdı.Arnaldus de Villa Nova distilləni kəşf edən adam kimi,tanınmağına baxmayaraq,bu sənəti Ramon Lull dan öyrənərək avropaya yayan adam oldu.İtalyan Genuyalı tacirlər bunun istehsal metodunu,Arnaldus-dan öyrənmişdilər.İstehsal etdikləri alkoqolu şüşələrə doldurub “Aqua Vita” (Həyat Suyu) və dərman
adı ilə yüksək qiymətə satırdılar.14 cü əsrdən etibarən,şərab distillə sistemi Orta Şərqdən Qərb ölkələrinə yayıldı.
Şəraba güc verən alkoqollu hissənin çıxarılmasının mümkün olduğuna şübhə edilməzdən əvvəl,şərab əsrlər boyu içilir və təriflənirdi.Lakin çiçəklərin, xüsusən də ədəbiyyatlarında təriflərə sığmayan qızılgülün qoxusunu əldə etmək üçün distillə sənətini icad edib,bizədə öyrədən Ərəblərlə birlikdə, şəraba çox xüsusi bir ləzzət qatan elementin mənbəyi aydın olduğu düşünülürdü.Təcrübə yolu ilə meyvələrin fermentasiyasından sonra ikiqat distillə yolu ilə əldə edilən şəffaf və rəngsiz yüksək alkoqollu brendi növü (eau de vie), alkoqol,şərab alkoqolu əldə edilmişdir.Alkaqol mayelərin hökmdarıdır və damaq dadını son dərəcə ən yüksək səviyyəyə çatdırır.Alkoqolu kəşf edildiyi metodun başqa mühüm nəticələri də olmuşdur.Çünki o, maddənin tərkib hissələrini ayırmağa və aşkar etməyə, onu digərlərindən fərqləndirməyə yaradığı üçün,oxşar tədqiqatlar aparan və bizi yeni xinin, morfin, striknin və s. kimi maddələr ilə tanış edən insanlara da örnək olmuşdur.
Şərabın qablaşdırılması
Qədim mədəniyyətlərdə şərab təbii ki,heç bir zaman şüşə qablarda olmayıb. Əslində, erkən Misir mədəniyyəti dövründə şərab nazik bir gil qabda saxlanılırdı. Gil qabların bəzi çatışmazlığı olduğu kimi,bu qabda saxlanılan şərabın dadında da dəyişiklik olurdu. Beləliklə, insanlar daha yaxşı vasitələri kəşf etməyə başladılar. Təxminən eramızdan əvvəl 100-cü ildə Romalılar şüşə butulkaların mükəmməl saxlama qabı ola biləcəyini kəşf etdilər. Lakin o dövrdə şüşə butulkaların qiyməti yüksək idi, buna görə də eramızın 1600-cü ilindən sonra şüşə butulkalar gündəmə gəldi. O dövrdə şərab şüşəsinin forması qalın və yuvarlaq idi və daha sonra indiki incə və üfüqi formaya çevrildi.Şərabın saxlanmasında şüşənin forması ilə yanaşı, şüşə butulkanın rənginin də böyük təsiri var. Bugünkü şüşələr ümumiyyətlə yaşıl, qəhvəyi və şəffafdır.Yaşıl rəngli şüşə butulkalar şərabın həddindən artıq günəş işığına məruz qalmasının qarşısını ala bilən ən çox yayılmış rəngdir.Qəhvəyi şüşə butulkalar isə, daha güclü günəşdən qorunma qabiliyyətinə malik olduğu üçün, qırmızı şərabların uzunmüddətli saxlanmasında istifadə olunur.Ağ və qızılgül şərabları adətən şəffaf şüşə qablarda saxlanılır,həm dadını dəyişmədiyi üçün, həm də qablaşdırıldıqdan sonra bir-iki il içində içilməyə uyğun olduğu üçün rəngli şüşə qablara ehtiyac qalmır.
Şərabın qablara doldurulması isti və soyuq üsulla aparılır.Sonuncu iki varianta bölünür : sterilləşdirici filtrasiya ilə və sterilləşdirici filtrasiya olmadan qablara doldurma.Şərabın tərkibi və orqanoleptik xüsusiyyətlərini qoruyub saxlamaqla sterilliyi soyuq qablaşdırma ilə təmin olunur.Şərabçılığın inkişaf etdiyi ölkələrdə isti qablaşdırma yerini praktik olaraq tamamilə yüksək keyfiyyətli uzun müddət saxlanmış şərab materiallarından olan şərablar,həmçinin təbii süfrə,kəmturş və kəmşirin şərabların steril qablaşdırılmasına verib.Steril qablaşdırma istehsalın yüksək sanitar gigiyenik səviyyəsi,avadanlıq,şərab kəmərləri,butulkalar,tıxaclar və şərabla təmasda olan bütün yardımçı materialların asaslı sterilləşdirilməsini nəzərdə tutur.Bu zaman xüsusi diqqət dölsüzləşdirici filtrlərin,müasir butulka yuyanlar,həmçinin sterilizasiya üçün xüsusi qurğularla təchiz olunmuş qablaşdırma və tıxaclama avtomatlarının istifadəsinə yetirilir.Bu halda qablaşdırmadan əvvəl yekun filtrləmənin əhəmiyyəti olduqca böyükdür.
Səmavi dinlərdə şərab
İncilin Genesis (Yaradılış) hissəsində Hz. Nuhun üzüm bağı tikdiyi, şərabçılıq ilə məşğul olduğundan bəhs edilir.Rəvayətə görə, Nuh peyğəmbər böyük tufan səngidikdən sonra Ağrı dağının yamaclarında yaşamağa başlayıb. Bir gün keçisinin həmişəkindən daha nəşəli olduğunu anlayır və bunun səbəbini araşdırır. Onu izləyir və görür ki, keçisinin aktiv və nəşəli olması meynə budağından tökülən üzümləri yediyindən qaynaqlanır.O meynə budağından .Nuh peyğəmbər İlk dəfə gördüyü meyvədən yeyir və özünü xoşbəxt hiss edir.Üzümü o qədər sevir ki, Ağrı dağının ətəyini üzüm bağları ilə örtür. Nuh peyğəmbərin xoşbəxtliyini özlüyündə həzm edə bilməyən şeytan alovlu nəfəsi ilə bütün bağları yandırır. Nuh peyğəmbər kədərlənir və xəstələnib yatağa düşür. Şeytan Nuh peyğəmbərə nədənsə üzümçülüyün yenidən canlanmasının sirrini açır və ona deyirki,gərək üzüm ağaclarının dibini yeddi heyvanın qanı ilə sulayasan. Nuh peyğəmbər də meyvənin kökünü açır və seçdiyi yeddi heyvanın,şir, pələng, ayı, it, tülkü, xoruz və saxsağanın qanı ilə meynənin dibini sulayır.Üzüm ağacları yenidən canlanır və meyvə verməyə başlayır. Deyirlər ki, şərab içənlərin və sərxoş olanların halları da bu yeddi heyvana xas xüsusiyyətlərə malikdir; Bəzən şir kimi igid, pələng kimi yırtıcı, ayı kimi güclü, it kimi davakar, tülkü kimi hiyləgər, xoruz kimi həyasız, sağsağan kimi danışıqlı olurlar.Xristianlıqda şəraba verilən önəm o həddə çatıb ki, az qala müqəddəslik qazanıb. Hz. İsa axırıncı şam yeməyində şagirdlərinə çörək və şərabı qataraq “Bu mənim ətimdir, bu mənim qanımdır” deyir.Ona görə də quru çörəyi şəraba batırıb yemək xristian cəmiyyətinə qəbul olunmaq üçün bir vasitədir.
İslam dinində şərab haram buyrulmuşdur.Quranda içki ilə bağlı Məkkə və Mədinə dövrlərinə aid ayələr var. Ayələrdə sərxoşluğun namaz qılmağa mane olması qeyd edilir.
Nisa surəsi 43 cü ayədə də Allah buyurur ;”Ey iman gətirənlər! Nə dediyinizi bilənə qədər sərxoş halda namaza yaxınlaşmayın…”
Maidə surəsi 90 cı ayədə Allah buyurur ; Ey iman gətirənlər! Həqiqətən, içki,qumar, bütlər və falçılıq şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız.
Nəticə
Gənc texnoloqların ekskursiyasını mütəmadi olaraq təşkil edib, Azərbaycanın şərabla bağlı tarixi yerlərinə səyahət etmələrini təmin etmək zəruridir.O cümlədən gənc texnoloqların şərab zavodlarında usta siniflərə cəlb olunması və onlara milli şərablar, eyni zamanda bu şərabların texnologiyası ilə bağlı geniş məlumatların ötürülməsi də onlarda müxtəlif fikir və ideyaların formalaşmasına dəstək olacaqdır.Şərabın Azərbaycanda ən qədim tarixə malik olması təkcə elmi məqalələr və ya kitab vasitəsilə deyil, eyni zamanda fiziki olaraq da dünyaya çatdırmaq lazımdır.Bunun üçün isə şərabın ən qədim tarixi məskənlərinin adını bir markaya çevirərək,şəraba həmin məkanın adını verməklə və həmin məkanın şərab tarixini də şərabın üzərində müxtəlif dillərdə balaca bir kitabça şəklində hədiyyə etməkdə olar.Məsələn ; Qərbi Azərbaynda “Hacı Firuz Təpə” şərabın ən qədim mənbələrindən sayıldığı və isbatı olduğu üçün, “Hacı Firuz Təpə” adını brendləşdirərək dünyada bir markaya da çevirmək olar.Və bu cür tarixi məkanların adını daşıyan şərabların qablaşdırılmasının görünüşü də insanlar üçün maraq kəsb etməlidir.Bu cür tarixi şərabların qablaşdırılması hədiyyə üçün də əlverişli olmalıdır ki, hər hansısa bir turistin bu şərabı alıb fəxrlə öz ölkəsinə hədiyyə olaraq da aparmasına şərait
yaradılmış olsun.Azərbaycanın Bölgələrdə yerləşən otellərində bu ölkənin qədim şərabçılığı ilə bağlı tarixi guşə də yaradılmalıdır.Yaradılmiş şərab guşələrində,Azərbaycanın müxtəlif regionlarında qədim şərabçılıq ilə bağlı rəsmlər,tarixi ekspanatlar və marka şərablar nümayiş olunmalıdır.Hər bir turistin şərabın tarixi guşəsi ilə yaxından tanış olması və şərabın dadına baxmaq imkanı da olmalıdır.Şərabın dadı onların damağına xüsusi bir ləzzət verib,beyinlərində isə silinməz bir ləzzət izidə buraxmalıdır.
Ədəbiyyat
1.P.James,N.Thorpe,Keilschrift,Kompass,Kaugummi,2.Aufl,Sanssouci Verlag,Zürich (1998)
2.J.Lloyd,J.Mitchinson, Cahilliklər Kitabı-Bilmədiklerimiz və Yanlış Bildiklərimiz.(Tərcümə: 3.C.A.Filiz,E.Ergüven).NTV Yay.İstanbul (2008).
4.Ö.Küleli,O.Gürel,Kimya Güzeldir,Nar Yayınları,İstanbuıl (1997).
5.K.Karaçay, “Şarap İç,Gam Yeme…” Cumhuriyyet-Dergi,738,8-9 (2000)
6.Türkiye Arkeolojisi ve İstanbul Universitesi (Ed.:O.Belli), İstanbul Universitesi Rektörlüğü Yay.İstanbul (2000) : O.Belli:”Dünyanın En Büyük Hidrolik Uyğarlığı: Urarturlar”,s.394.
7.P.P.Bober, Tarihöncesinden Ortaçağa Kültür,Sanat ve Mutfak (Tərcümə.Ü.Tansel) Kitab Yay.,İstanbul (2003).
8.V.Mikayılov,E.Fərzəliyev.”Qida Məhsullarının Ümumi Texnlogiyası”.Dərslik. Bakı (2018) Kooperasiya nəşriyyatı,832 s.