AZ | RU | EN
Qanun

Üzümçülük və şərabçılıq haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında üzümçülüyün təşkilinin, üzüm və şərabçılıq məhsulları istehsalının və dövriyyəsinin tənzimlənməsinin, habelə keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir.

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. üzümçülük - üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi;

1.0.2. üzüm əkini materialları - üzümlüklərin salınmasında istifadə edilən, habelə öz kökü üstündə və ya calaq edilib yetişdirilən tinglər, calaqaltı və calaqüstü çubuqlar;

1.0.3. üzüm məhsulları - təbii və ya emal olunmuş halda istehlak edilən süfrə üzümü, kişmiş, doşab, şirə və digər qida məhsulları;

1.0.4. şərabçılıq - üzümdən hazırlanmış şərab və brendi (konyak) istehsalı və saxlanması proseslərini əhatə edən yeyinti sənayesi sahəsi;

1.0.5. şərab - üzüm şirəsindən alınan alkoqollu içki;

1.0.6. brendi (konyak) - süfrə şərabından hazırlanmış spirtin dincə qoyulmaqla yetişdirilməsindən alınan alkoqollu içki.

 

Maddə 2. Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

2.1. Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının mülki və aqrar qanunvericiliyindən, habelə bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. [1]

2.2. Vətəndaşların şəxsi istehlakı üçün şərabçılıq məhsullarının istehsalı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə şərabçılıq məhsullarının istehsalı, dövriyyəsi və keyfiyyətinə dair müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

 

Maddə 3. Qanunun məqsədi

 

Bu Qanunun məqsədi respublikada üzümçülüyün və şərabçılığın inkişafını təmin etməklə istehlak bazarına beynəlxalq standartların tələblərinə cavab verən, rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsulları çıxarılmasına təşkilati, iqtisadi və hüquqi zəmin yaratmaqdır.

 

Maddə 4. Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin istiqamətləri [2]

 

4.0. Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:

4.0.1. Üzümçülük və şərabçılıq sahələrinin inkişaf etdirilməsi məqsədilə elmi tədqiqatların müasir tələblərə uyğun aparılmasının gücləndirilməsi;

4.0.2. informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi;

4.0.3. beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən normativ hüquqi bazanın yaradılması;

4.0.4. kadrların hazırlanması və təkmilləşdirilməsi, elmi-təcrübi seminarların, konfransların təşkili;

4.0.5. istehsal olunaraq istehlak bazarına çıxarılan və ya ixrac olunan rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyanın tətbiq edilməsi;

4.0.6. istehsal və ixracın artırılması, daxili bazarın haqsız rəqabətdən qorunması.

 

Maddə 5. Üzümçülük və şərabçılıq sahəsində dövlətin vəzifələri

 

5.0. Üzümçülük və şərabçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

5.0.1. üzümçülüyün təşkili, üzüm və şərabçılıq məhsullarının, üzüm əkini materiallarının istehsalının, dövriyyəsinin və keyfiyyətinin yüksəldilməsi tədbirlərinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;

5.0.2. üzüm və şərabçılıq məhsullarının bazarını öyrənmək, proqnozlar vermək, sahənin inkişafı üzrə məqsədli dövlət proqramları hazırlamaq və həyata keçirmək;

5.0.3. Azərbaycan Respublikası ərazisində xəstəlik və zərərvericilərə qarşı dözümlü genetik modifikasiya olunmamış üzüm sortlarını yetişdirmək, tinglik təsərrüfatlarını inkişaf etdirmək, rayonlaşdırılmış üzüm sortlarını çoxaltmaq, habelə coğrafi adlar verilən keyfiyyətli şərabçılıq məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə investisiya qoymaq, subsidiyalar və uzunmüddətli kreditlər vermək; [3]

5.0.4. şərabçılıq məhsullarının istehsalı və dövriyyəsi sahəsində sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinin qaydalarını müəyyən etmək; [4]

5.0.5. üzüm və şərabçılıq məhsullarının idxalını və ixracını tənzimləmək;

5.0.6. şərabçılıq məhsullarına dair aksiz vergilərinin dərəcələrini müəyyən etmək;

5.0.7. üzüm və şərabçılıq məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək; [5]

5.0.8. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

II fəsil

ÜZÜMÇÜLÜYÜN TƏŞKİLİ

 

Maddə 6. Üzüm əkini materiallarının istehsalı

 

6.1. Calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və zərərvericilərə davamlı genetik modifikasiya olunmamış əkin materialları müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik təsərrüfatlarında istehsal olunur. [6]

6.2. Üzümlüklərin çoxaldılmasında istifadə edilən başqa kateqoriyalara aid əkin materialları mülkiyyət formasından asılı olmayaraq, üzümçülük fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən istehsal olunur.

6.3. Azərbaycan Respublikasında istehsal edilən və satılan üzüm əkini materiallarına qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sortluq və əkin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar vəziyyətinə dair sertifikat verilir. [7]

6.4. Üzüm əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan təlimatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

6.5. Yüksək keyfiyyətli (markalı) şərab və brendi (konyak) məhsullarının hazırlanması daxil olmaqla, üzümlüklərin salınması və üzüm əkini materiallarının yetişdirilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər onların sort tərkibinin təmizliyinə və fitosanitar vəziyyətinə, sortluq və əkin keyfiyyətinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. [8]

 

Maddə 7. Əmtəəlik üzüm məhsulları və üzüm məhsullarının istehsalı texnologiyaları üzrə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar [9]

 

Əmtəəlik üzüm məhsulları və üzüm məhsullarının istehsalı texnologiyaları üzrə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilir.

 

Maddə 8. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalının xüsusiyyətləri

 

8.1. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalı müvafiq inzibati ərazi vahidində və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən üzüm sortlarının xüsusi aqrotexniki üsullarla yetişdirilməsi əsasında həyata keçirilir.

8.2. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm sortlarının becərilməsində herbisidlərdən istifadəyə yol verilmir.

8.3. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalının texnologiyası bu Qanunun 7-ci maddəsində göstərilən texniki normativ hüquqi aktlarla müəyyən edilir. [10]

 

Maddə 9. Üzüm məhsullarının istehsalı

 

9.1. Üzüm məhsullarının istehsalı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. [11]

9.2. Üzüm məhsullarının tərkibində insan sağlamlığı üçün zərərli maddələrin yol verilən hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur. [12]

9.3. İstehlak bazarına çıxarılan üzüm məhsulları “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və bu Qanunun 15-ci maddələrinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir. [13]

 

III fəsil

ŞƏRABÇILIQ MƏHSULLARININ İSTEHSALI

 

Maddə 10. Şərabçılıq məhsullarının istehsalına ümumi tələblər

 

10.1. Şərabçılıq məhsullarına üzümdən hazırlanmış şərablar, o cümlədən şampan şərabları və brendi (konyak) daxildir.

10.2. Şərabçılıq məhsullarının istehsalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. [14]

10.3. Şərabçılıq məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və resepturaya uyğun istehsal olunur və onların hazırlanmasında yalnız yeyinti məhsullarından alınan etil spirtindən istifadə edilir. [15]

10.4. Şərabçılıq məhsullarının sinkləşdirilmiş metal, kapron və karton qablara süzülməsinə və saxlanmasına yol verilmir. Şampan və qazlaşdırılmış şərabların istehsalı və saxlanması proseslərində hermetikləşmə şərtlərinə əməl olunmalıdır.

10.5. Şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. [16]

 

Maddə 11. Şərab istehsalı

 

11.1. Hazırlanma texnologiyalarına görə şərablar təbii və xüsusi olur.

11.2. Təbii şərablar üzümün tam və ya qismən spirt qıcqırması yolu ilə alınır.

11.3. Xüsusi şərablar üzüm və ya şərab materialından müxtəlif texnoloji üsulların tətbiqi ilə alınır. Belə şərablar xammala və hazırlanma texnologiyasına məxsus dad keyfiyyətinə malik olurlar.

11.4. Keyfiyyət xüsusiyyətlərinə və saxlanma müddətinə görə şərablar adi (ordinar) və yüksək keyfiyyətli (markalı) olur.

11.5. Adi şərablar ümumi texnologiya üzrə hazırlanır, məhsul yığımı ilində və ya növbəti ilin əvvəlində satışa buraxılır.

11.6. Markalı şərablar yüksək keyfiyyətli xammaldan, xüsusi texnologiyanın tətbiqi ilə hazırlanır və texnoloji tutumlarda bir ildən üç ilədək dincə qoyulur.

11.7. Butulkalarda əlavə olaraq xüsusi şəraitdə iki il yarımdan az olmayaraq saxlanılan markalı şərablar kolleksiya şərabları hesab olunur.

11.8. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında şərabçılıq məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. [17]

 

Maddə 12. İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı

 

12.1. İstehsal mənşəyinə görə şərablara adlar onların hazırlanmasında istifadə edilən üzüm sortlarının yetişdirildiyi inzibati ərazi vahidinin və ya yerin adına uyğun olaraq verilir.

12.2. Bu şərablar müəyyən üzüm sortlarının yüksək keyfiyyətli üzümlərindən ənənəvi və ya orijinal texnologiyaların tətbiqi əsasında hazırlanır və onların istehsalında etil (yeyinti) spirtinin, saxarozanın, üzüm konsentratlarının, ətirli və süni boya maddələrinin, digər inqrediyentlərin istifadəsinə yol verilmir.

12.3. Belə şərabların hazırlanmasında istifadə edilən üzümlərdə şəkərlilik dərəcəsi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır. Hər şərab növünə onun hazırlanması üzrə ayrıca reseptura təsdiq olunur. [18]

12.4. İstehsal mənşəyinə görə adlar verilən şərabları istehsal edən müəssisələrə məhsulun attestasiyasına dair şəhadətnamə təqdim edilir. İstehsal mənşəyinə görə adlar verilən şərabların attestasiyasının müddəti 5 ildir. Bu müddət qurtardıqdan sonra məhsulun attestasiyası yenidən aparılır.

12.5. İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı barədə əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

12.6. İstehsal mənşəyinə görə adlar verilmiş şərablar yalnız şüşə butulkalara və ya bədii tərtib edilmiş saxsı qablara süzülür, mantar tıxacları ilə kip bağlanır və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq etiketləşdirilir. Etiketlərdə şərabın istehsal olunduğu yer göstərilməklə, şərabın adının istehsal mənşəyinə görə verildiyi qeyd olunmalıdır. [19]

12.7. İstehsal mənşəyinə görə adlar verilmiş şərabların və şərab məhsullarının saxlanma müddəti müvafiq standartlarla müəyyən edilir.

 

Maddə 13. Brendi (konyak) istehsalı

 

13.1. Brendi (konyak) istehsalı üzümdən hazırlanmış şərab materialından spirtin çəkilməsi, dincə qoyulması və son məhsulun istehsalı kimi texnoloji prosesləri əhatə edir.

13.2. Keyfiyyət göstəricilərinə və konyak spirtinin saxlanma müddətinə görə brendilər (konyaklar) 5 ilə qədər dincə qoyulan adi (ordinar) və 5 ildən artıq dincə qoyulan yüksək keyfiyyətli (markalı) brendilərə (konyaklara) bölünür.

13.3. Yüksək keyfiyyətli (markalı) brendi (konyak) istehsalı üçün konyak spirti yalnız palıd çəlləklərdə və yaxud palıd taxtalar döşənmiş emal çənlərində dincə qoyulur.

13.4. Yüksək keyfiyyətli (markalı) brendinin (konyakın) istehsalı proseslərində kükürd anhidridindən istifadə edilməsinə yol verilmir.

13.5. Brendi (konyak) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara riayət edilməklə istehsal olunur. [20]

 

Maddə 14. Şərabçılıq məhsullarına adların verilməsi

 

14.1. Şərabçılıq məhsullarının yeni növləri və çeşidləri istehsala hazırlanarkən onların nümunələri tələb olunan sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi dequstasiya komissiyasına təqdim edilməlidir. Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.

14.2. Yeni adlara təklif edilən şərabçılıq məhsulları oxşar məhsullardan tərkibinə, fiziki-kimyəvi göstəricilərinə, habelə saxlanma şəraitinə və proseslərinə görə mütləq fərqlənməli, orqanoleptik göstəricilərinə görə isə oxşar olmalıdır. Belə məhsulların hazırlanma texnologiyası məlum məhsul növlərinin istehsal texnologiyalarından fərqlənməyə bilər.

14.3. Yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı müvafiq icra hakimiyyəti orqanına ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər və materiallar təqdim olunur:

14.3.1. məhsula dair annotasiya;

14.3.2. məhsula ad verilməsi barədə əsaslandırma məktubu;

14.3.3. məhsulun hazırlanma texnologiyasına dair təlimat;

14.3.4. məhsulun tərkibi barədə reseptura məlumatları;

14.3.5. məhsulun oqranoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı;

14.3.6. məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar;

14.3.7. məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərin eskizləri;

14.3.8. ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri.

14.4. Tərkibi, hazırlanma texnologiyası və saxlanma prosesləri məlum adlarla buraxılan məhsullara uyğun gələn şərabçılıq məhsullarına yeni ad verilməsinə yol verilmir.

14.5. Eyni ad altında məhsul buraxılmasına dair iki və ya daha çox ərizə daxil olarsa, ilkinlik hüququ birinci daxil olan ərizəyə verilir.

14.6. Qəbul edilmiş ərizə üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq təlimatlara uyğun olaraq məhsulun yeniliyinə görə ekspertizası aparılır.

14.7. Ekspertiza nəticəsində məhsulun yeniliyi təsdiq olunarsa, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə şərabçılıq məhsuluna istehsalçı tərəfindən təklif edilən xüsusi ad verilir.

14.8. Xüsusi ad verilən şərabçılıq məhsulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət reyestrində qeydiyyata alınır.

14.9. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına məhsulun attestasiyasına dair şəhadətnamə təqdim edilir.

14.10. Yeni ad altında istehsal olunan şərabçılıq məhsulları “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patentləşdirilir. [21]

14.11. Şərabçılıq məhsullarına adların verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

14.12. Bu Qanun qüvvəyə mindiyi günədək müxtəlif adlar altında dövriyyədə olan patentləşməmiş şərabçılıq məhsulları da qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli və patentləşdirilməlidir. [22]

14.13. Adlar verilən şərabçılıq məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına görə dövlət rüsumu alınır. [23]

14.14. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmamış, attestasiyasına dair şəhadətnamə təqdim edilməmiş və patentləşməmiş şərabçılıq məhsullarının sertifikatlaşdırılmasına yol verilmir.

14.15. Yeni ad altında patent verilmiş şərabçılıq məhsullarının başqa istehsalçılar tərəfindən istehsal edilməsi patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilə bilər.

14.16. Lisenziya müqaviləsinə görə patent sahibi patent verilmiş şərabçılıq məhsullarının istehsalı üzrə hüququnu, haqqı ödənilməklə, müqavilədə nəzərdə tutulmuş həcmdə başqa istehsalçılara verə bilər. Lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınır. [24]

14.17. Lisenziya müqaviləsinin bağlanması qaydaları və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

 

Maddə 15. Şərabçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, saxlanması və daşınması

 

15.1. Şərabçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, saxlanması və daşınması “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. [25]

15.2. Şərabçılıq məhsulunun hər butulkasının etiketində aşağıdakılar göstərilməlidir:

15.2.1. məhsulun adı və əmtəə-reklam adı;

15.2.2. istehsalçının adı və əmtəə nişanı;

15.2.3. məhsulun kondisiyası, kateqoriyası və ya qrupu;

15.2.4. butulkanın həcmi;

15.2.5. məhsulun standartı və qablaşdırıldığı tarix;

15.2.6. sifarişçinin təklifi ilə digər məlumatlar.

15.3. Markalı və kolleksiya şərablarının etiketlərində bu məlumatlardan başqa, üzümün yığıldığı il də göstərilir.

15.4. Markalı şərabçılıq məhsullarının arxa etiketlərində onların dincə qoyulma müddəti göstərilməlidir.

15.5. Etiketlərdə göstərilən məlumatlar Azərbaycan Respublikasının dövlət dilində, məhsulun adı isə həm Azərbaycan Respublikasının dövlət dilində, həm də xarici dillərin birində yazılır.

15.6. İstehsal mənşəyinə görə adlar verilmiş şərabların bədii tərtib edilmiş arxa etiketlərində məhsulun hazırlanma texnologiyası, keyfiyyət göstəriciləri, üzüm sortunun yayılma arealı barədə də qısa məlumatlar göstərilə bilər.

15.7. İxrac edilən şərabçılıq məhsullarının etiketləri tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun tərtib oluna bilər.

15.8. Şərabçılıq məhsullarının saxlanması və daşınması onların kəmiyyət və keyfiyyət göstəricilərinin sabitliyini təmin edən vasitələrlə həyata keçirilir.

 

Maddə 15-1. Şərabçılıq məhsullarının reklamı

 

15-1.1. Şərabçılıq məhsullarının reklamına dair tələblər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsi ilə müəyyən olunur.

15-1.2. Aşağıdakı reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz:

15-1.2.1. tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;

15-1.2.2. yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;

15-1.2.3. nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla).

15-1.3. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

15-1.4. Şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.

15-1.5. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

15-1.6. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şərabçılıq məhsullarının istehsalçıları və ya idxalçıları qida təhlükəsizliyi qeydiyyatına alındıqda və ya qida təhlükəsizliyi qeydiyyatından keçməyən idxalçının məhsulu qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olduqda həmin məhsulların reklamına icazə verilir. Reklamda istehsalçının qida təhlükəsizliyi qeydiyyatı və ya qida təhlükəsizliyi sertifikatının nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir. [26]

15-1.7. Əmtəə satışını stimullaşdıran tədbirlərdə müəyyən əmtəəni satın alana hədiyyə qismində tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsulları təklif oluna bilməz.

15-1.8. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır. [27]

 

Maddə 16. Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlara dair tələblər

 

16.1. Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar, çənlər və ölçmə cihazları yeyinti sənayesində istifadəsinə icazə verilən materiallardan hazırlanmalı və örtülməlidir.

16.2. Bu texnoloji avadanlıqlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

16.3. Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada spirtölçmə-nəzarət cihazları və spirtölçmə sayğacları və avtomatlaşdırılmış (say və həcm üçün) uçot sayğacları ilə təchiz edilməlidir. Spirtölçmə-nəzarət cihazları, spirtölçmə sayğacları və avtomatlaşdırılmış (say və həcm üçün) uçot sayğacları müvafiq icra hakimiyyəti orqanı tərəfindən plomblanmalıdır.

 

IV fəsil

ÜZÜMÇÜLÜYÜN VƏ ŞƏRABÇILIĞIN İNKİŞAFININ İQTİSADİ TƏNZİMLƏNMƏSİ

 

Maddə 17. Üzümçülüyün və şərabçılığın maliyyələşdirilməsi

 

17.1. Azərbaycan Respublikasında üzümçülük və şərabçılıq sahəsində elmi tədqiqat, sort-sınaq və təcrübə işlərinin aparılması dövlət büdcəsindən və digər mənbələr hesabına maliyyələşdirilir.

17.2. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər üzümçülük və şərabçılıq sahəsində sahibkarlıq fəaliyyətlərini öz vəsaitləri hesabına və (və ya) cəlb olunan vəsaitlərlə həyata keçirirlər.

 

Maddə 18 Üzümçülüyün inkişafı üzrə investisiya fondu [28]

 

18.1. Üzümçülüyün inkişafı üzrə investisiya fondu (bundan sonra - fond) əkin materiallarının yetişdirilməsinin, yeni üzümlüklərin salınmasının, mövcud üzümlüklərin təmirinin və üzümçülüyün maddi-texniki təminatının qismən maliyyələşdirilməsinə kömək məqsədi ilə dövlət tərəfindən yaradılır.

18.2. Fondun maliyyə vəsaitləri dövlət büdcəsindən ayırmalar, o cümlədən dövlət büdcəsində sahibkarlığa yardım maddələrinin hər ilin sonuna istifadə edilməyən vəsaitlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi, habelə qrantlar və digər mənbələr hesabına formalaşdırılır.

18.3. Üzümçülüyün inkişafı layihələrinin dəyərinin 50 faizə qədəri müvafiq müqavilələr əsasında fondun vəsaiti hesabına ödənilə bilər.

18.4. Fondun vəsaitindən istifadə edən subyektlər müqavilə şərtlərinə riayət etmədikdə, fonddan ayrılan vəsaitlər müqavilədə nəzərdə tutulan qaydada fonda qaytarılır.

18.5. Fondun yaradılması və fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.

 

Maddə 19. Üzümçülüyün və şərabçılığın inkişafı üzrə məqsədli kreditlər

 

19.1. Kommersiya banklarını üzümçülük və şərabçılıq üzrə dövlət proqramları çərçivəsində üzümçülüyün inkişafı sahəsində həyata keçirilən layihələrin kreditləşdirilməsinə həvəsləndirmək və risklərini azaltmaq məqsədi ilə:

19.1.1. bank kreditlərinin və investisiya fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələr üzrə üzüm əkinlərinin və məhsulun layihə dövrü ərzində təbii fəlakətdən sığortalanması büdcə vəsaiti hesabına həyata keçirilir; [29]

19.1.2. məqsədli kreditlərə görə bank faizi üzrə güzəştlər dövlət büdcəsinin fermer təsərrüfatlarına kredit güzəştləri fondu və bu kimi digər vəsaitlər hesabına ödənilir.

19.2. Üzümçülüyün və şərabçılığın inkişafında kooperasiyanı sürətləndirmək üçün aşağıdakı üzümçülük və şərabçılıq subyektlərinə məqsədli kreditlərin ayrılmasında üstünlük verilir:

19.2.1. hüquqi şəxslərə - 10 hektardan artıq yeni üzüm bağlarının salınmasına, 2 hektardan artıq calaqaltı və calaqüstü anaclıqların yaradılmasına;

19.2.2. fiziki şəxslərə - 1 hektardan artıq yeni üzüm bağlarının salınmasına, 0,5 hektardan artıq calaqaltı və calaqüstü anaclıqların yaradılmasına;

19.2.3. 50 hektardan az olmayan yeni üzümlüklərin salınması üçün hüquqi və fiziki şəxslərlə uzunmüddətli müqavilə bağlamış üzüm emalı müəssisələrinə.

19.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması, habelə bank faizi üzrə güzəştlərin ödənilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən olunur. [30]

 

V fəsil

ŞƏRABÇILIQ MƏHSULLARININ DÖVRİYYƏSİ

 

Maddə 20. Şərabçılıq məhsullarının idxalı və ixracı

 

20.1. Şərabçılıq məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

20.2. Şərabçılıq məhsullarının idxalına Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarif kvotası tətbiq edilə bilər.

20.3. Azərbaycan Respublikasına idxal olunan şərabçılıq məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan şərabçılıq məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir. [31]

20.4. Fiziki şəxslər tərəfindən öz istehlakı üçün şərabçılıq məhsullarının idxalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. [32]

20.5. Şərabçılıq məhsullarının ixracına məhdudiyyət qoyulmur.

 

Maddə 21. Şərabçılıq məhsullarının satışı

 

21.1. Şərabçılıq məhsullarının satışı Azərbaycan Respublikasının qanunvericiliyinə və ticarət qaydalarına uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir.

21.2. Markalı və kolleksiya şərablarının qablara süzülmədən açıq halda pərakəndə satışına yol verilmir.

21.3. Pərakəndə satışa çıxarılan şərabçılıq məhsullarının müşayiətedici sənədlərində Azərbaycan Respublikasının dövlət dilində aşağıdakılar barədə məlumatlar olmalıdır:

21.3.1. məhsulun adı, qiyməti və həcmi, o cümlədən istehlak qabında olan həcmi, habelə istehsal edildiyi tarix və istifadəyə yararlılıq müddəti;

21.3.2. istehsalçının adı, hüquqi ünvanı və istehsal olunduğu dövlət;

21.3.3. tələblərinə cavab verməli olduğu dövlət standartları və sertifikatlaşdırılması;

21.3.4. dadına və ətrinə təsir edən əsas inqrediyentlər və əlavələr;

21.3.5. məhsulun tərkibində insan sağlamlığı üçün zərərli maddələrin yol verilən miqdarı.

21.4. Şərabçılıq məhsullarının pərakəndə satışı aşağıdakı hallarda qadağan olunur:

21.4.1. saxtalaşdırılması müəyyən olunduqda;

21.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada aksiz markası ilə markalanmadıqda və ya saxta aksiz markaları ilə markalandıqda;

21.4.3. istehsal markasına uyğun gəlmədikdə;

21.4.4. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şərabçılıq məhsullarının istehsalçıları və ya idxalçıları qida təhlükəsizliyi qeydiyyatına alınmadıqda və ya qida təhlükəsizliyi qeydiyyatından keçməyən idxalçının məhsulunun qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı olmadıqda;

21.4.5. məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlmədikdə və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda; [33]

21.4.6. alıcılar 18 yaşına çatmamış şəxslər olduqda;

21.4.7. məhsulun süzüldüyü qab daxildən və ya xaricdən çirkli, çöküntülü, sınıq və ya zədəli olduqda.

21.5. Küçələrdə, əllərdə, hərbi, təhsil və tibb müəssisələrinin ərazilərində, kütləvi tədbirlər və idman yarışları keçirilən yerlərdə, yataqxanalarda, onlara bitişik ərazilərdə və bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər yerlərdə şərabçılıq məhsullarının pərakəndə satışına yol verilmir.

 

Maddə 22. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi [34]

 

22.1. Sahibkarlıq subyektlərində yoxlamaların aparılması, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada həyata keçirilir.

22.2. Dövriyyədən çıxarılmış şərabçılıq məhsullarının məhv edilməsi və ya istifadə edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

22.3. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddətdə onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq xüsusi rejim yaradıla bilər.

 

VI fəsil

ÜZÜM VƏ ŞƏRABÇILIQ MƏHSULLARININ MİNİMUM KEYFİYYƏTİNİN TƏMİN EDİLMƏSİ [35]

 

Maddə 23. Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması

 

23.1. Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin təmin edilməsi sahəsində normalaşdırılma bu məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə, markalanma və satış şərtlərini müəyyən edən texniki, sanitariya, ekoloji və digər standartlar, norma, qayda və tələblər vasitəsi ilə həyata keçirilir.

23.2. Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması üzrə normativ sənədlərin icra edilməsi bütün şərabçılıq fəaliyyəti subyektləri üçün məcburidir.

 

Maddə 24. Üzüm və şərabçılıq məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi

 

24.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən üzüm və şərabçılıq məhsulları fiziki-kimyəvi, orqanoleptik, toksikoloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında vahid metodika üzrə aparılır. [36]

24.2. Üzüm və şərabçılıq məhsullarının tərkibində insanların həyatı və sağlamlığı üçün zərərli maddələrin miqdarı qüvvədə olan standartlarla və gigiyenik normativlərlə tənzimlənir.

24.3. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş üzüm məhsulları, habelə dövlət gigiyena qeydiyyatına alınmış şərabçılıq məhsulları müvafiq qaydada sertifikatlaşdırılır.

 

Maddə 25. Şərabçılıq məhsulları istehsalı müəssisələrinin attestasiyası

 

25.1. Şərabçılıq məhsulları istehsal edən müəssisələr, müstəqil sexlər, sınaq laboratoriyaları və digər istehsal bölmələri istehsal olunan məhsulların insanların həyatı və sağlamlığına, habelə ətraf mühitin mühafizəsinə zəmanət verən texniki, ekoloji, sanitariya, yanğından mühafizə normalarına və qaydalarına uyğunluğuna görə icbari attestasiyadan keçirilir.

25.2. Attestasiya müəssisələrdə istehsal edilən və istehlak bazarına çıxarılan hər məhsul növü üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir və müəyyən olunmuş qaydada sənədləşdirilir.

25.3. Attestasiyanın keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 26. Şərabçılıq məhsullarının saxtalaşdırılmadan qorunması

 

26.1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçıları və ya idxalatçıları qida təhlükəsizliyi qeydiyyatına alınmayan və qida təhlükəsizliyi sertifikatına malik olmayan, patent hüququ başqasına məxsus olan, etiketində istehsal olunduğu yer göstərilməyən və ya yanlış göstərilən, istehsal mənşəyi və ya əmtəə nişanı yanlış olan şərabçılıq məhsulları saxta hesab olunur. [37]

26.2. Saxtalaşdırılmış şərabçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

26.3. Daxili bazarın saxtalaşdırılmış şərabçılıq məhsullarından qorunması məqsədi ilə şərabçılıq fəaliyyəti subyektləri istehsal etdikləri məhsulları qanunvericiliklə müəyyən olunmuş qaydada attestasiyadan keçirməli, sertifikatlaşdırmalı, qablaşdırmalı və məhsulun xarici tərtibatını bu Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş qaydada aparmalıdırlar.

 

Maddə 27. Şərabçılıq məhsullarının minimum keyfiyyətinə nəzarət

 

27.1. Şərabçılıq məhsullarının keyfiyyətinə nəzarətin məqsədi bu məhsulların istehsalını, dövriyyəsini və keyfiyyətini tənzimləyən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını təmin etməkdir. [38]

27.2. Şərabçılıq məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. [39]

27.3. Şərabçılıq məhsullarının keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir. [40]

27.4. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları şərabçılıq məhsullarının keyfiyyətinə nəzarət funksiyalarını səlahiyyətləri daxilində həyata keçirə bilərlər. [41]

 

VII fəsil

ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

 

Maddə 28. Üzümçülük və şərabçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Üzümçülük və şərabçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 29. Mübahisələrin həlli

 

Üzümçülük və şərabçılıq fəaliyyəti ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 19 oktyabr 2001-ci il

                  № 208-IIQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 dekabr 2002-ci il tarixli 397-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15)

2.       4 noyabr 2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 674)

3.       4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278)

4.       01 fevral 2007-ci il tarixli 236-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 397)

5.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

6.       28 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1044)

7.       22 oktyabr 2013-cü il tarixli 776-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1291)

8.       18 dekabr 2015-ci il tarixli 62-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 29)

9.       14 aprel 2017-ci il tarixli 604-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 716)

10.    31 may 2017-ci il tarixli 698-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1264)

11.    1 may 2018-ci il tarixli 1104-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1163)

12.    19 fevral 2019-cu il tarixli 1517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 577)

13.    12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 2.1-ci maddəyə “bu Qanundan” sözlərindən sonra “, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri əlavə edilmişdir.

 

[2] 28 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1044) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri ölkədə üzümçülük və şərabçılıq fəaliyyətinin genişləndirilməsindən, bu sahədə kooperasiya prosesinin stimullaşdırılması vasitəsi ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsul istehsalının və ixracının artırılmasından, daxili bazarın haqsız rəqabətdən qorunmasından ibarətdir.

 

[3] 22 oktyabr 2013-cü il tarixli 776-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1291) ilə 5.0.3-cü maddəyə “dözümlü” sözündən sonra “genetik modifikasiya olunmamış” sözləri əlavə edilmişdir.

 

[4] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 5.0.4-cü maddəsində "xüsusi icazə" sözləri "xüsusi razılıq (lisenziya)" sözləri ilə əvəz edilmişdir.

 

[5] 28 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1044) ilə 5.0.3-cü və 5.0.7-ci maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyalarda deyilirdi:

5.0.3. rayonlaşdırılmış sortlarla üzümlüklərin salınmasını, əkin materiallarının yetişdirilməsini, üzümçülük və şərabçılıq sahələrinin inkişaf etdirilməsini, keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasını stimullaşdırmaq;

5.0.7. şərabçılıq məhsullarının istehsalına, keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək;

 

[6] 22 oktyabr 2013-cü il tarixli 776-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1291) ilə 6.1-ci maddəyə “əkin materialları” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilmişdir.

 

[7] 01 fevral 2007-ci il tarixli 236-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 397) ilə 6.3-cü maddəsində "şəhadətnamə" sözü "uyğunluq sertifikatı" sözləri ilə əvəz edilmişdir.

 

[8] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə yeni məzmunda 6.4-cü və 6.5-ci maddələr əlavə edilmişdir.

 

[9] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 7. Üzüm əkini materiallarının yetişdirilməsi, üzümlüklərin salınması, əmtəəlik üzüm istehsalı texnologiyaları üzrə normativ sənədlər

7.1. Üzüm əkini materiallarının yetişdirilməsi, üzümlüklərin salınması, habelə əmtəəlik üzüm istehsalı texnologiyaları üzrə normativ sənədlərə onların istehsal, saxlanma, qablaşdırma, daşınma və satış qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş standartlar və təlimatlar aiddir.

7.2. Üzümlüklərin salınması və üzüm əkini materiallarının yetişdirilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər onların sort tərkibinin təmizliyinə və fitosanitar vəziyyətinə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

7.3. Yüksək keyfiyyətli (markalı) şərab və brendi (konyak) məhsullarının hazırlanması üçün üzümlüklərin salınması, üzüm əkini materiallarının yetişdirilməsi, habelə əmtəəlik üzüm istehsalı texnologiyaları üzrə normativ sənədlərə əməl olunmasına, o cümlədən əkin materiallarının sort təmizliyinə, fitosanitar vəziyyətinə, sortluq və əkin keyfiyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.

 

[10] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 8.3-cü maddədə “qüvvədə olan normativ sənədlərlə” sözləri “bu Qanunun 7-ci maddəsində göstərilən texniki normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilmişdir.

 

[11] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 9.1-ci maddədə “müvafiq standartların tələblərinə, təsdiq edilmiş aqrotexniki və texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilmişdir.

 

[12] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 9.2, 12.4, 14.3.3, 14.8, 14.9, 14.14, 15.8, 16, 21.3, 23, 24.2, 24.3, 25, 26.3-cü maddələr ləğv edilmişdir.

 

[13] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 9.3-cü maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və bu Qanunun 15-ci maddələrinə” sözləri ilə əvəz edilmişdir.

 

[14] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 10.2-ci maddəsində "xüsusi icazə" sözləri "xüsusi razılıq (lisenziya)" sözləri ilə əvəz edilmişdir.

 

[15] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 10.3-cü maddədə “müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilmişdir.

 

[16] 18 dekabr 2015-ci il tarixli 62-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 29) ilə yeni məzmunda 10.5-ci maddə əlavə edilmişdir.

 

[17] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 11.8-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11.8. Azərbaycan Respublikasında istehsal olunan şərabların hazırlanma texnologiyası və keyfiyyəti qüvvədə olan normativ sənədlərlə ilə tənzimlənir.

 

[18] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 12.3-cü maddənin birinci cümləsində “qüvvədə olan standartların” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə, 12.3-cü maddənin ikinci cümləsində “texnoloji təlimat tərtib edilir və məhsulun attestasiyası zamanı təsdiq olunur” sözləri “reseptura təsdiq olunur” sözləri ilə əvəz edilmişdir.

 

[19] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 12.6-cı maddənin birinci cümləsində “müvafiq qaydada təsdiq edilmiş normativ sənədlərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilmişdir və həmin maddənin ikinci cümləsi çıxarılmışdır.

 

[20] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 13.5-ci maddədə “müvafiq standartların tələblərinə, təsdiq edilmiş texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilmişdir.

 

[21] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 14.10-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.10. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış, istehsala və istehlak bazarına attestasiya edilmiş şərabçılıq məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq patentləşdirilir.

 

[22] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 14.12-ci maddədən “qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli və” sözləri çıxarılmışdır.

 

[23] 4 noyabr 2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 674) ilə 14.13-cü maddənin birinci cümləsində "haqq" sözü "dövlət rüsumu" sözləri ilə əvəz edilmiş və ikinci cümləsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

14.13. Adlar verilən şərabçılıq məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına görə haqq alınır. Haqqın miqdarı, ödənilmə müddəti və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 14.13-cü maddədən “, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına” sözləri çıxarılmışdır.

 

[24] 19 fevral 2019-cu il tarixli 1517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 577) ilə 14.16-cı maddənin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilmişdir.

 

[25] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 15.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15.1. Şərabçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, saxlanması və daşınması qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.

 

[26] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 15-1.6-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15-1.6. Şərabçılıq məhsulları sertifikatlaşdırıldığı halda reklam oluna bilər. Reklamda sertifikatın nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir.

 

[27] 31 may 2017-ci il tarixli 698-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1264ilə 15-1-ci maddə əlavə edilmişdir.

 

[28] 3 dekabr 2002-ci il tarixli 397-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15) ilə 18-ci maddə çıxarılmışdır.

 

[29] 3 dekabr 2002-ci il tarixli 397-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15) ilə 19.1.1-ci maddə çıxarılmışdır.

 

[30] 3 dekabr 2002-ci il tarixli 397-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15) ilə 19.3-cü maddədən "üzüm əkinlərinin (məhsulunun) sığortalanması" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

19.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması, üzüm əkinlərinin (məhsulunun) sığortalanması, habelə bank faizi üzrə güzəştlərin ödənilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən olunur.

 

[31] 18 dekabr 2015-ci il tarixli 62-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 29) ilə 20.3-cü maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 20.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

20.3. Azərbaycan Respublikasına idxal olunan şərabçılıq məhsullarının keyfiyyəti qüvvədə olan standartların və gigiyenik normativlərin tələblərinə cavab verməlidir. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.

 

[32] 28 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1044) ilə 20.2-ci və 20.4-cü maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyalarda deyilirdi:

20.2. Şərabçılıq məhsullarının idxalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq kvotalaşdırılır.

20.4. Fiziki şəxslər tərəfindən öz şəxsi istehlakı üçün Azərbaycan Respublikasına gətirilməsinə icazə verilən şərabçılıq məhsullarının həcmi müvafiq qanunvericiliklə müəyyən edilir.

 

[33] 18 dekabr 2015-ci il tarixli 62-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 29) ilə 21.4.5-ci maddədə “uyğun gəlmədikdə” sözlərindən sonra “ və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda” sözləri əlavə edilmişdir.

12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 21.4.4-cü və 21.4.5-ci maddələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

21.4.4. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

21.4.5. keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəlmədikdə və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;

 

[34] 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 22.4-cü maddə əlavə edilmişdir.

9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 22.2.1-ci maddəsində "xüsusi icazə" sözləri "xüsusi razılıq (lisenziya)" sözləri ilə əvəz edilmişdir.

18 dekabr 2015-ci il tarixli 62-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 29) ilə 22.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 22.2.9-cu maddə əlavə edilmişdir.

18 dekabr 2015-ci il tarixli 62-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 29) ilə 22.3-cü maddəyə “digər hallarda” sözlərindən əvvəl “22.2.9-cu maddəsində göstərilən halda məhv edilir,” sözləri əlavə edilmişdir.

1 may 2018-ci il tarixli 1104-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1163ilə 22.4-cü maddəsinə “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir və həmin maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri Fövqəladə vəziyyət haqqında”  “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 22-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 22. Şərabçılıq məhsullarının dövriyyədən götürülməsi

22.1. Şərabçılıq məhsullarının dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir.

22.2. Şərabçılıq məhsulları dövriyyədən aşağıdakı hallarda götürülür:

22.2.1. istehsalına və satışına xüsusi razılıq (lisenziya) olmadıqda;

22.2.2. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

22.2.3. qüvvədə olan normativ sənədlərə uyğun qablaşdırılmadıqda, etiketləşdirilmədikdə, habelə aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla markalandıqda;

22.2.4. məhsulun tərkibi dövlət standartlarının və gigiyenik normativlərin tələblərinə cavab vermədikdə;

22.2.5. tərkibində olan etil spirtinin ərzaq xammalından istehsal edilmədiyi və ya denaturat əlavələrin olması müəyyən edildikdə;

22.2.6. qanuni istehsalı və dövriyyəsi barədə sənədləri olmadıqda;

22.2.7. sahibsiz olması müəyyən edildikdə;

22.2.8. məhsulun süzüldüyü qab daxildən və ya xaricdən çirkli, çöküntülü, sınıq və ya zədəli olduqda;

22.2.9. tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edildikdə.

22.3. Dövriyyədən götürülmüş şərabçılıq məhsulları bu Qanunun 22.2.4-cü və 22.2.5-ci maddələrində göstərilən hallarda təkrar emala göndərilir və ya məhv edilir, 22.2.9-cu maddəsində göstərilən halda məhv edilir, digər hallarda isə qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə edilir.

22.4. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq xüsusi rejim yaradıla bilər.

 

[35] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 5.0.7-ci maddəyə, 27-ci maddənin adına “məhsullarının” sözündən sonra “minimum” sözü, VI fəslin adına isə “MƏHSULLARININ” sözündən sonra “MİNİMUM” sözü əlavə edilmişdir.

 

[36] 14 aprel 2017-ci il tarixli 604-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 716ilə 24.1-ci maddənin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda,” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında” sözləri ilə əvəz edilmişdir.

 

[37] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 26.1-ci maddəsində "xüsusi icazə" sözləri "xüsusi razılıq (lisenziya)" sözləri ilə əvəz edilmişdir.

12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 26.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

26.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq (lisenziya) alınmadan, müəyyən olunmuş müddətdə attestasiyadan keçirilmədən və təsdiq edilmiş texnoloji normalara uyğun üsullara, resepturaya və materiallara riayət edilmədən istehsal olunmuş şərabçılıq məhsulları saxta hesab olunur.

 

[38] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 27.1-ci maddədə “normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilmişdir.

 

[39] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 27.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

27.2. Şərabçılıq məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyalarını müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

[40] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 27.3-cü maddə ləğv edilmişdir.

 

[41] 28 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 dekabr 2008-ci il, № 280) ilə 27.4-cü maddə çıxarılmışdır.