PROTOKOL
“Xaçmaz-Şərab” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Ümumi illik yığıncağının PROTOKOLU № 01 Xaçmaz rayonu,Yeni-Həyat qəsəbəsi. 30 iyun 2023-cü il. Cəmiyyətin yerləşdiyi yeri - Xaçmaz rayonu,Yeni-Həyat qəsəbəsi Ümumi yığıncağın növü – illik Yığıncağın keçirilmə tarixi – “ 30 ” iyun 2023-cü il Yığıncağın keçirilmə yeri – Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsi, Cəmiyyətin mərkəzi ofisi Ümumi yığıncaqda iştirak etmək hüququ olan şəxslərin siyahısının tərtib edilmə tarixi –“30” iyun 2023-cü il Yığıncaqda iştirak etmək hüququ olanların qeydiyyatının başlanma vaxtı – 9.00 Yığıncaqda iştirak etmək hüququ olanların qeydiyyatının qurtarma vaxtı - 9.30 Yığıncağın açılma vaxtı - 9.30 Yığıncağın bağlanma vaxtı - 11.00 Səhmdarların - adi adlı səhm sahiblərinin sayı: 109 nəfər Adi adlı səhm sahiblərinin malik olduqları səslərin sayı: 94353 ədəd 100% Ümumi yığıncaqda iştirak etdilər:
Yığıncaqda iştirak edən səhmdarların - adi adlı səhm sahiblərinin sayı: 69 nəfər Yığıncaqda iştirak edən səhm sahiblərinin malik olduqları səslərin sayı: 90 331 ədəd 95,7373% Yığıncağın sədri: Hüseyinov Hüseyin Aydın oğlu Yığıncağın katibi : Rüstəmova Şəfiqə Heydər qızı Hesablama komissiyasının sədri: Əliyev Zahir Əli oğlu Hesablama komissiyasının üzvü: Nəsibov Əlfəddin Nurbala oğlu Hesablama komissiyasının üzvü: Balakişiyev Adil Pirəli oğlu İştirak edir: Maliyyə-təftiş müfəttişi: Ramazanov Faiq Abumüslüm oğlu GÜNDƏLİK 1.İcra orqanının rəhbəri Hüseyin Aydın oğlu Hüseyinovun 2022-ci ilin yekunlarına dair hesabatı. 2.Maliyyə-təftiş müfəttişi Faiq Abumüslüm oğlu Ramazanovun hesabatı. Ümumi yığıncağın keçirilməsi üçün nəzərdə tutulan miqdarda yetərsay olduğundan keçirilməsi səsə qoyuldu və yekdilliklə qəbul edildi. Ümumi yığıncağın keçirilməsi ilə bağlı səsvermnin nəticələri: Lehinə 90 331 (doxsan min üç yüz otuz bir) səs. Əleyhinə 0 (sıfır) səs. Bitərəf 0 (sıfır) səs. Gündəliyə daxil olunan məsələlərin müzakirə edilməsi barədə səsvermə keçirildi,heç bir əlavə təkliflər olmadı və gündəlik təsdiq edildi. Gündəliyin təsdiqi ilə bağlı səsvermənin nəticələri: Lehinə 90 331 (doxsan min üç yüz otuz bir) səs Əleyhinə 0(sıfır) səs Bitərəf 0(sıfır) səs 1-ci məsələ ilə bağlı EŞİDİLDİ: İcra orqanının rəhbəri Hüseyinov Hüseyin Aydın oğlu çıxış edərək bildirdi ki, SC 2022-ci ili 339052 (üç yüz otuz doqquz min əlli iki) manat mənfəətlə başa vurmuş, dövlət büdcəsinə bütün vergi və rüsumları ödəmiş, işçilərin əmək haqqını, DSMF borclarını, kreditor borclarını ödəmişdir. SC 339052 manat mənfəətdən 33905 (otuz üç min doqquz yüz beş) manatı mənfəət vergisi kimi dövlət büdcəsinə hesablanmışdır. SC-nin xalis mənfəəti 305147 (üç yüz beş min bir yüz qırx yeddi) manat təşkil etmişdir. Səhmdarlar arasında bölünməli dividend xalis mənfəətin 25%-ni, yəni 76287 manat olmasını təklif etdi. Müəssisənin sərəncamında sərbəst qalan 228860 manat mənfəətin isə xüsusi təyinatlı fonda (istehsalın inkişafı fonduna) yönəldilməsini və əsasən üzüm bağlarının salınmasına, əsaslı tikintiyə, əsas fondların alınmasına sərf olunmasını təklif etdi. SC-nin maliyyə-təsərrüfat fəaliyyəti Audit İcazəsi SA № 442 sahibi olan Auditorlar Palatasının üzvü Sərbəst Auditor Əmrah Mürvət oğlu Paşayev tərəfindən yoxlanılaraq müsbət rəy verilmişdir. İstehsal etdiyimiz məhsullara müəyyən olunmuş qayda üzrə uyğunluq sertifikatları alınmış və texniki avadanlıqlar pasportlaşdırılmışdır. SC öz işini şəffaflıq şəraitində quraraq hesabat dövründə vergi, DSMF, maliyyə, bank, statistika, ekologiya, MDM, KTN, Maliyyə Nazirliyinə təşkilatlarına və bir sıra əlaqədar təşkilatlara hesabat və məlumatları vaxtında vermiş, vergi və rüsumları ödəmiş və bütün qanunlara əməl etmışdir. SC-nin tam istehsal gücü ilə işləməməsinin səbəblərindən biri yeni texnologiyanın yoxluğu, alkoqollu içkilərin qiymətlərində vergi yükünün yuxarı olması, ənənəvi satış partnyorları ilə əlaqələrin bizdən asılı olmayan səbəblərdən pozulması və s. obyektiv səbəblərdən olmuşdur. Gələcəkdə bu cür problemlərin həll olunması SC-nin daha rentabelli işləməsinə şərait yaradacaqdır. ÇIXIŞ ETDİLƏR: Səhmdar Taştan Əhməd Çaxan oğlu çıxış edərək bildirdi ki, SC –nin idarə heyəti ötən 2022-ci ildə işini günün tələblərinə uyğun qurmağa əsasən nail olmuşdur, və ümumilikdə SC-nin işini qənaetbəxş hesab etmək olar. Səhmdar Sədiyev Güləddin Hicrat oğlu SC-nin maliyyə fəaliyyətinin mənfəətlə başa çatmasını qeyd edərək, idarə heyətinin sədrinin hesabatının təsdiq edilməsini təklif etdi. Səhmdar Allahverdiyev Valeh Qurban oğlu cıxış edərək bildirdi ki, səhmdarlar arasında bölünəcək dividendlərin idarə heyəti sədrinin təklif etdiyi qaydada aparılmasına razıdır, fondlara yönəldilən mənfəətin kapital artımına səbəb olması SC-nin gələcək fəliyyətinin daha rentabelli edəcəyini vurğuladı, və SC-nin idarə heyətinin sədrinin 2022-ci ilin yekunlarına dair hesabatının təsdiq edilməsinin səsə qoyulmasını təklif etdi. Qərarın qəbul edilməsi ilə bağlı səsvermənin nəticələri: Lehinə 90 331 (doxsan min üç yüz otuz bir ) səs Əleyhinə 0 (sıfır) səs Bitərəf 0 (sıfır) səs QƏRARA ALINDI: “Xaçmaz-Şərab” Açıq Səhmdar Cəmiyyətinin icra orqanının rəhbəri baş direktor Hüseyin Hüseyinovun 2022-ci ilin yekunlarına dair hesabatı təsdiq edilsin. Səsvermə hesablama komissiyası tərəfindən aparılmışdır, səsvermənin nəticələrini hesablama komissiyasının üzvləri təsdiq edir: Səsvermə komissiyasının sədri: Əliyev Zahir Əli oğlu Səsvermə komissiyasının üzvü: Nəsibov Əlfəddin Nurbala oğlu Səsvermə komissiyasının üzvü: Balakişiyev Adil Pirəli oğlu 2-ci məsələ ilə bağlı EŞİDİLDİ: Malıiyyə-təftiş müfəttişi Ramazanov Faiq Abumüslüm oğlu çıxış edərək bildirdi ki, SC-nin 2022-ci ilin fəaliyyəti və balansı yoxlanarkən aşağıdakılar məlum olmuşdur: Əsas əməliyyat gəliri - 2846393 manat Satışın maya dəyəri - (2508231) manat Ümumi mənfəət - 338162 manat Sair əməliyyat gəlirləri - 890 manat Əməliyyat mənfəəti - 339052 manat Maliyyə zərəri - 0 manat Vergiqoymadan əvvəl mənfəət - 339052 manat Mənfəət vergisi - (33905) manat Hesabat dövründə xalis mənfəət - 305147 manat Bazis hər bir səhmin mənfəəti - 3,23 manat 2022-ci il ərzində kapitalın dəyişməsi aşağıdakı kimidir:
SC-nin mühasibat balansında 31 dekabr 2022-ci il tarixinə aşağıdakı qalıqlar mövcuddur:
Səhmdar Cəmiyyətinin 2022-ci ildə xalis mənfəəti 305147 manat olmuşdur. Xalis mənfəətin 25%, yəni 76287 manat, mülkiyyətçilərin (səhmdarların) arasında dividend şəklində nizamnamə kapitalındakı paylarına mütənasib bölünməlidir. Xalis mənfəətin qalan 75%-i, yəni 228860 manat bölüşdürülməmiş mənfəət kimi kapital ehtiyatlarının tərkibinə daxil olmalıdır. Bundan əlavə mühasibat uçotunun təşkili, amortizasiya normalarının tətbiqi, əmlakın inventarizasiyası, kitabların qaytanlanmasının qanunun tələblərinə uyğun aparılması, qanunvericiliyin tələblərinə riayət olunması və digər maliyyə təsərrüfat fəaliyyəti yoxlanılmış və qənaetbəxş hesab olunmalıdır. Maliyyə-təftiş müfəttişi 2022-ci ilin balansına müsbət rəy verir və hesab edir ki, 2022-ci ilin balansı təsdiq edilməlidir. ÇIXIŞ ETDİLƏR: Səhmdar İsgəndərov Vaqif Qədir oğlu çıxış edərək bildirdi ki, 2022-ci il üzrə xalis mənfəətin təklif olunan nisbətdə bölgüsü qanuna uyğundur və 2022-ci ilin balansının təsdiq edilməsinə razı olduğunu vurğuladı. Səhmdar Kriçak Lina Aleksandrovna çıxış edərək bildirdi ki, SC-nin fəaliyyətinin gələcək inkişafı üçün investisiyaların edilməsi çox vacib şərtdir, və bunun üçün kapital ehtiyatlarının artırılmasına zərurət vardır. Buna görə xalis mənfəətin təklif olunan nisbətdə bölgüsünə və 2022-ci ilin balansının təsdiq edilməsinə razı olduğunu söylədi. Səhmdar Məmmədov Zakir Alxas oğlu çıxış edərək SC-nin fəaliyyətini qənaetbəxş hesab etdi və 2022-ci ilin balansının təsdiq edilməsinə razı olduğunu deyərək, 2022-ci ilin balansının təsdiq edilməsinin səsə qoyulmasını təklif etdi. Qərarın qəbul edilməsi ilə bağlı səsvermənin nəticələri: Lehinə 90 331 (doxsan min üç yüz otuz bir) səs Əleyhinə 0 (sıfır) səs Bitərəf 0 (sıfır) səs |
____________________
____________________ |