AZ | RU | EN
"Xaçmaz Şərab" Açıq Səhimdar Cəmiyyəti » Əsas » ŞİMAL BÖLGƏSİ XAÇMAZ RAYONUNUN YÜZ YAŞLI EMAL MÜƏSSİSƏSİ

ŞİMAL BÖLGƏSİ XAÇMAZ RAYONUNUN YÜZ YAŞLI EMAL MÜƏSSİSƏSİ

Bu gün respublikamızın qəsəbəsində fəaliyyət göstərən üzüm emalı və şərab-alkoqollu içkilər istehsal edən emal müəssisəsi özünəməxsus Zeynalabdin Tağıyev hüquqi qeydiyyati ilə “Xaçmaz şərab” ATSC-nin müəssisə kimi yaranma tarixi XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Məhz o dövrdə məşhur Şollar-Bakı su kəmərinin tikintisində mühüm rolu olmuş Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən Xudat qəsəbəsi yaxınlığında – indiki Yeni həyat qəsəbəsi adını daşıyan ətraf ərazidə salınan üzüm sahələrinin məhsullarının emalı məqsədilə mövcud şərab zavodu inşa edilmişdir. Həmin emal müəssisəsi Hacı Z.A. Tağıyevin sifarişi ilə ö dövrdə Azərbaycanın qərb ərazilərində məskunlaşan almanlar tərəfindən şərab zavodu inşa edilmişdir. Çox keçmir ki, o dövrün müasir emal avadanlığı ilə təchiz edilmiş zavod işə başlayaraq zamanında ətraf bölgələrin istehsalçılarının tələbatını təmin edir. O vaxtdan və Sovet İttifaqı dövrü və ölkəmizin müstəqillik illərində (1991-2017 və perspektiv illərdə) müəssisə bir neçə qısa fasilə nəzərə alınmazsa, daim fəaliyyət göstərmiş və daim öz istehlak tələbatını (daxili və xarici) ödəmişdir. Buradakı qədim emal avadanlığı (xüsusən palıd butlar 3-5 tonluq yaxud 300-500 dkl və çəlləklər) isə SSRİ-nin 1986-cı illərin geniş miqyas almış “antialkoqol” kampaniyası gedişində amansızcasına dağıdılaraq digər məqsədlərlə istifadə olunmuşdur. 1994-cü ildən ölkəyə H.Əliyevin rəhbərliyi ilə hazırda “Xaçmaz şərab” yenidən formalaşmış və Azərbaycanın emal müəssisələri sırasında geniş imkanlarla tanınan müəssisə bir neçə adda və çeşiddə yüksək keyfiyyətli məhsul istehsal və bir çox hissəsini MDB ölkələrinə ixrac edir. Hal-hazırda “Xaçmaz şərab”ın məhsullarına MDB məkanının bir çox ölkələrinin pərakəndə satış məntəqələrində tələbat məhsullarına rast gəlməsi labüddür.