İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 32039:2023 “Qida xammalından alınan etil spirti və araq; Qaz xromatoqrafiyası üsulu ilə həqiqiliyin təyini”, AZS ГОСТ 33287:2023 “Şərab və şərab materialları. Yüksək effektivli maye xromotoqrafiyası ilə oxratoksin A-nın tərkibinin təyini”, AZS ГОСТ 32061:2023 “Şərabçılıq məhsulları. Qablaşdırması, markalanması, daşınması və saxlanması” və AZS 942:2023 (ГОСТ 31728-2014) “Konyak distillatları.Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib. "APA-Economics"in AZSTAND-A istinadən xəbərinə görə, yeni dövlət standartları üzümçülük sahəsində qida xammalından alınan etil spirti və araq məhsullarına, həmçinin şərabçılıq məhsullarının qablaşdırması, markalanması, daşınması və saxlanmasına dair tələbləri müəyyənləşdirir. Yeni dövlət standartları “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzr Texniki Komitə (AZSTAND/TK 22) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 03 may 2018, 16:28 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə şərabçılığın inkişaf etdirilməsi, bu sahənin gəlirliliyinin və ixracat potensialının artırılması məqsədi ilə qərara alıram: 1. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görsün. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əlaqələndirsin və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 may 2018-ci il.
Bu gün respublikamızın qəsəbəsində fəaliyyət göstərən üzüm emalı və şərab-alkoqollu içkilər istehsal edən emal müəssisəsi özünəməxsus Zeynalabdin Tağıyev hüquqi qeydiyyati ilə “Xaçmaz şərab” ATSC-nin müəssisə kimi yaranma tarixi XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Məhz o dövrdə məşhur Şollar-Bakı su kəmərinin tikintisində mühüm rolu olmuş Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən Xudat qəsəbəsi yaxınlığında – indiki Yeni həyat qəsəbəsi adını daşıyan ətraf ərazidə salınan üzüm sahələrinin məhsullarının emalı məqsədilə mövcud şərab zavodu inşa edilmişdir. Həmin emal müəssisəsi Hacı Z.A. Tağıyevin sifarişi ilə ö dövrdə Azərbaycanın qərb ərazilərində məskunlaşan almanlar tərəfindən şərab zavodu inşa edilmişdir. Çox keçmir ki, o dövrün müasir emal avadanlığı ilə təchiz edilmiş zavod işə başlayaraq zamanında ətraf bölgələrin istehsalçılarının tələbatını təmin edir. O vaxtdan və Sovet İttifaqı dövrü və ölkəmizin müstəqillik illərində (1991-2017 və perspektiv illərdə) müəssisə bir neçə qısa fasilə nəzərə alınmazsa, daim fəaliyyət göstərmiş və daim öz istehlak tələbatını (daxili və xarici) ödəmişdir. Buradakı qədim emal avadanlığı (xüsusən palıd butlar 3-5 tonluq yaxud 300-500 dkl və çəlləklər) isə SSRİ-nin 1986-cı illərin geniş miqyas almış “antialkoqol” kampaniyası gedişində amansızcasına dağıdılaraq digər məqsədlərlə istifadə olunmuşdur. 1994-cü ildən ölkəyə H.Əliyevin rəhbərliyi ilə hazırda “Xaçmaz şərab” yenidən formalaşmış və Azərbaycanın emal müəssisələri sırasında geniş imkanlarla tanınan müəssisə bir neçə adda və çeşiddə yüksək keyfiyyətli məhsul istehsal və bir çox hissəsini MDB ölkələrinə ixrac edir. Hal-hazırda “Xaçmaz şərab”ın məhsullarına MDB məkanının bir çox ölkələrinin pərakəndə satış məntəqələrində tələbat məhsullarına rast gəlməsi labüddür.
Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq.
Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və qərarları ilə üzüm bağlarının ümumi sahəsi genişlənmiş, üzüm istehsalı isə
Mif və əfsanələrdən əlavə, arxeoloji tədqiqatlar, həqiqətən də, Naxçıvanın Şərur rayonundakı Arpaçay vadisində qədim zamanlarda şərab hazırlandığını deməyə əsas verir. Bəzi mənbələr isə adını Ağstafa yaxınlığında Şomutəpə arxeoloji sahəsindən
|
|